Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO

17:20 - 23 / 01 / 2020
Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO

Balıq ovuna çıxan 16 yaşlı indoneziyalı Məhəmməd İdul möcüzə nəticəsində diri qalıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, dənizdə olarkən gözlənilmədən sudan tullanan sarqan balığı oğlanın boynunu və kəlləsinin arxasını deşib.

Nəticədə M.İdul qayıqdan suya yıxılıb və boynuna ilişmiş balıqla sahilədək üzə bilib.

Oğlanı Baubau şəhərinin xəstəxanasına çatdırıblar. Lakin buradakı həkimlər balığı oğlanın boynundan çıxarmağa qorxublar.

Sulavesi adasına nəql edilən M.İdulu Makasar şəhərinin xəstəxanasında əməliyyat ediblər.

1news.az

Paylaş:
1540

Son xəbərlər

Bütün xəbərlər