Türkiyədə güclü zəlzələ olub: 5-6 ev çöküb – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə güclü zəlzələ olub: 5-6 ev çöküb – VİDEO

09:50 - 23 / 01 / 2020
Türkiyədə güclü zəlzələ olub: 5-6 ev çöküb – VİDEO

Türkiyənin Manisa şəhərinin Akhisar bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar İzmir, İstanbul və Bursada da hiss edilib. Güclü təkandan sonra 35 avterşok qeydə alınıb.

Akhisarda gecə yerli vaxtla saat 22.22-də qeydə alınan zəlzələ təxminən 6.98 kilometr dərinlikdə baş verib.

Zəlzələdən sonra vətəndaşlar evlərini tərk edib və küçələrə axışıb.

Yeraltı təkanlardan sonra açıqlama verən Manisa valisi Əhməd Dəniz heç bir insan tələfatı olmadığını söyləyib:

"5-6 evin çökdüyü barədə məlumat almışıq. Ancaq heç bir itki və yaralanan yoxdur".

S.Xankişiyeva

 

Paylaş:
1627

Son xəbərlər

Bütün xəbərlər