İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

13:36 - 27 / 01 / 2020
İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

İtaliyanın heyvanlar aləmi, elmi yeniliklər və baş verən maraqlı hadisələr barədə yazan www.amoreaquattrozampe.it saytında Qarabağ atları barədə məlumat verilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məqalədə dünyanın ən məşhur at cinsləri ilə bağlı elmi və maraqlı elmi faktlar paylaşılıb. Ən məşhur və bahalı 15 at cinsi arasında Qarabağ atları da yer alır.

Bildirilir ki, bu at cinsi Azərbaycanda və indiki İran ərazisinin şimal-qərbində yetişdirilən dünyanın bahalı cinsləri sırasındadır. Onlar cənub mənşəli olaraq, dərinin nazik və quru, tüklərin zərif və gözqamaşdırıcı parlaq rəngi, sanqvinik-хolerik temperamentə malik olması, habelə saf qanlı, sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılığı ilə seçilir.

1news.az

Paylaş:
983

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər