İlanı ilə öyünmək istədi, canından oldu – VİDEO
İndoneziyanın Qərbi Kalimantan əyalətinin sakini nəhəng ilanı ilə qonşularının qarşısında öyünmək istəyib və nəticədə həyatını itirib.
Oxu.az “The Mirror”a istinadən xəbər verir ki, Norcani adlı şaman beş metrlik kral kobrasını tutaraq onu bir həftə ərzində öz evində saxlayıb.
Həftənin sonunda o, kobrasını qonşularına göstərmək istəyib.
İlanı çiyninə dolayan Norcani onunla oynamağa başlayır.
Gözlənilmədən kobra onun üzünə tərəf həmlə edir, lakin Norcani gülümsəyərək bu hücumu dəf edir.
Lakin kişinin qoluna dolanan nəhəng ilan onu əlindən sancmağa imkan tapır.
Heçnə olmamış kimi şaman ilanın başına qapaz vurur və sancılan yerə üfürməyə başlayır.
Şahidlərin dediyinə görə, Norcani tibbi yardımdan imtina edib və öz işləri ilə məşğul olub.
İki saatdan sonra vəziyyəti pisləşən şaman xəstəxanaya müraciət etməli olub.
İlan zəhəri bütün bədəninə yayılması səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.
1news.az