Çindən Türkiyəyə təyyarə reysləri dayandırılır | 1news.az | Xəbərlər
Dünya

Çindən Türkiyəyə təyyarə reysləri dayandırılır

16:45 - 03 / 02 / 2020
Çindən Türkiyəyə təyyarə reysləri dayandırılır

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca mətbuat konfransı keçirib.

“Report” “Anadolu” istiadən xəbər verir ki, nazir Uzaq Şərqdən gələn uçuşlarda termal kameranın tətbiq ediləcəyini söyləyib.

“Hazırda ölkəmizdə koronavirus hadisəsi qeydə alınmayıb. Fevralın 5-dən sonra Çindən Türkiyəyə təyyarə reysləri dayandırılacaq. Bu qərar fevralın sonuna qədər qüvvədə olacaq”, - Fahrettin Koca söyləyib.

“Bundan əlavə, 61 nəfərdən alınmış nümunələrin nəticələri də məlumdur. Onların heç birində koronavirusun aşkar edilməyib”, - Səhiyyə naziri əlavə edib.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 521-i ötüb.

S.Xankişiyeva

 

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər