“Koronavirusa yoluxmuşam” deyib, oğrudan canını qurtardı
Çinin Jinqşan şəhərində 25 yaşlı oğru evdə tək olan qadının mənzilinə girib.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xiao adlı şəxs basqın zamanı ev sahibinə təcavüz etmək istəyib.
Bu zaman qadın cinayətkara "Uhandan yeni gəlmişəm. Koronavirusa yoluxduğum üçün evdə karantindəyəm" deyərək, onu aldadıb. Qadının dediklərindən sonra qorxuya düşən Xiao ev sahibindən uzaqlaşıb. Buna baxmayaraq o, Yi adlı ev sahibinin 440 dollarını oğurlayıb.
Polis həmin şəxsi axtarır. Şəhərdə hər kəsin virusdan qorunmaq məqsədilə maska taxması polisin işini çətinləşdirir.
1news.az
615