Siyara fırtınası Böyük Britaniyada həyatı iflic edib
Siyara fırtınası Böyük Britaniyada həyatı iflic edib. Külək və leysan yağışları nəqliyyatın hərəkətinə maneələr törədib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Britaniya Hava Yolları şirkəti Hitrou, Qatvik və Siti hava limanlarından bəzi uçuşları ləğv edib.
Nəqliyyat agentliyi sərnişinlərdən yalnız zəruri hallarda qatarla səyahət etmələrini məsləhət görüb. Bəzi dəmir yolu şirkətləri isə bazar günü fəaliyyət göstərməyəcəklərini açıqlayıb. Ölkə ərazisində bir çox yerləri su basdığından nəqliyyatın hərəkətində problemlər yaranıb.
Premyer Liqa oyunu da daxil olmaqla bir çox idman tədbirləri ləğv edilib.
Ölkə ərazisindən 200-dən çox daşqın xəbərdarlığı edilib. Hidrometeorologiya Mərkəzi baş verən fırtınanın 2013-cü ildən bəri olan ən güclü fırtına olduğunu elan edib.
1news.az