“KOB könüllüləri” sahibkarları məlumatlandırıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb – FOTO

17:19 - 11 / 02 / 2020
“KOB könüllüləri” sahibkarları məlumatlandırıb – FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” Oğuz rayonunda fəaliyyət göstərən mikro və kiçik sahibkarları KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və mexanizmləri barədə məlumatlandırıb.

1news.az-ın verdiyi xəbərə görə, Oğuz rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində, ticarət mərkəzlərində, tikiş sexləri və fərdi təsərrüfatlarda olan Qəbələ-Oğuz “KOB Dostu” ofisinin könüllüləri sahibkarlara dövlət dəstəyi mexanizmləri, KOBİA-nın fəaliyyəti, biznesin qurulması və inkişafı, KOB-ların maraqlarının müdafiəsi, onlayn maarifləndirmə tədbirləri barədə məlumat veriblər.

Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması tədbirləri davam etdiriləcəkdir.

S.Xankişiyeva

Paylaş:
1681

Son xəbərlər

Bütün xəbərlər