“AzRose Qəbələ” layihəsinin rəhbəri Nicat Mirzəyev: Holland keyfiyyətini yerli bazara gətirdik!  – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

“AzRose Qəbələ” layihəsinin rəhbəri Nicat Mirzəyev: Holland keyfiyyətini yerli bazara gətirdik!  – FOTO – VİDEO

11:25 - 13 / 02 / 2020
“AzRose Qəbələ” layihəsinin rəhbəri Nicat Mirzəyev: Holland keyfiyyətini yerli bazara gətirdik!  – FOTO – VİDEO

“AzRose Qəbələ” layihəsinin rəhbəri Nicat Mirzəyevlə müsahibə:

- İlk olaraq AzRose şirkəti haqqında qısa məlumat verərdiniz. AzRose – nə zaman, necə və kim tərəfindən təsis edilib? Şirkətin əsas fəaliyyət sahəsi nədir?

- Bildiyimiz kimi, qeyri-neft sektorunun ən önəmli sahələrindən biri də kənd təsərrüfatı hesab edilir. Təsadüfi deyil ki, hələ sovet dönəmində Azərbaycan kənd təsərrüfatı istehsal həcminə görə ittifaq ölkələri arasında öncül yerlərdə idi. Bununla əlaqədar olaraq ölkədə yeni məhsulların istehsalına başlanması ilə yanaşı əvvəlki dövrlərdə mövcud olmuş kənd təsərrüfatı sahələrinin yenidən canlandırılması da diqqət mərkəzindədir.

AzRose Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yüksək keyfiyyətli qızılgül və lavanda efir yağlarının istehsalı üzrə ixtisaslaşmış müəssisə olaraq 2016-cı ildən etibarən fəaliyyətə başlamışdır.

Müəssisəmiz Zaqatala rayonunda tarixən mövcud olmuş qızılgül sahələrinin bərpası və genişləndirilməsi hesabına AzRose brendi adı altında yerli məhsulun istehsalına başlayıb. Müəssisənin əkin sahəsi Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşir. Ümumi ərazisi 190 hektar olan ərazidə qızılgül və lavanda sahələri salınmışdır. Burada əkilən qızılgül yağlılıq əmsalının yüksəkliyinə görə ən keyfiyyətli sortlardan hesab olunan “Rose Damascane” sortudur. Əkin sahələrinin 145 hektar ərazisində qızılgül, 35 hektarında isə lavanda becərilməsi həyata keçirilir.

Biz də, AzRose şirkəti olaraq cənab Prezident tərəfindən təsdiq edilmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na öz töhfəmizi vermişik. Buna bariz nümunə olaraq Qəbələ şəhərində yerləşən AzRose dekorativ qızılgül istixanasını göstərmək olar.

- Gülçülük təsərrüfatı hər zaman Azərbaycanda ənənəvi sahələrdən biri olub. Bu sahənin bugünkü vəziyyəti barədə məlumat verərdiniz.

- Ümumiyyətlə gülçülük sahəsi ölkəmiz üçün yeni deyildir. XX əsrin 70-ci illərindən ölkədə gülçülük təsərrüfatları yaradılmışdır. Məsələn, Bakı kəndləri kəsmə güllərin istehsalı ilə intensiv məşğul olmuşlar. Zaqatalada bölgəsində isə sənaye xarakterli gülçülük təsərrüfatları salınmışdır.

Hətta ölkəmizdən keçmiş sovet ölkələrinə böyük miqdarda gül eksportu həyata keçirilmişdir. Ancaq təəsüflər olsun ki, 1990-ci illərdən etibarən ölkədə müəyyən hadisələrlə əlaqədar bu sahə qismən zəifləmişdir.

Lakin sevindirici haldır ki, XXI əsrin əvvələrindən ölkədə qızılgül istixanaları yenidən inşa edilməyə başladı və bu sahəyə maraq gündən-günə artdı.

Qeyd etmək istərdim ki, ümümi sahəsi 3 hektarı əhatə edən ərazidə 8 növ qızılgül çeşidi və illik 6 milyon ədəd qızılgül istehsalı gücünə malik olan istixanamızda 50 yerli sakin işlə təmin edilmişdir. Onu da bildirim ki, istehsalımız daxili bazarın tələbatının 50-60%-ni təmin edəcəkdir.

- Hansı növ gül yetişdirirsiniz? Hansı növ güllərə yerli bazarlarda və hansılarına isə xarici bazarlarda ən çox tələbat var?

- Hal-hazırda istixanamızda 8 növ holland sortu olan - Red Naomi, Avalanche, Sweet Avalanche, Wow, London Eye, Jumilia, Talea, Aqua qızılgülləri yetişdirilməkdədir. Dünya bazarında olduğu kimi, yerli bazarda da qırmızı rəng qızılgüllərə tələbat daha çoxdur. Və buna görədir ki, istixanamızın 50%-ini qırmızı güllər təşkil edir. Bundan əlavə digər güllərin yetişdirilməsi də bazar tələbatına uyğun olaraq tənzimlənmişdir .

- İxrac üçün hansı növlər becərilir? AzRose məhsulları xaricdə necə qarşılanır?

- Məlumat üçün bildirmək istərdim ki, istixanamız fəaliyyətə başlamamışdan əvvəl daxili bazarın tələbatı Ekuador, Kenya və Hollandiyadan idxal olunan güllər hesabına təmin olunurdu. Bizim qarşıya qoyduğumuz məqsəd ilk növbədə daxili bazarın tələbatını ödəmək, gələcəkdə isə Azərbaycan brendinin xarici bazara çıxarılmasını təmin etməkdir.

- AzRose şirkəti “Made in Azerbaijan” brendini dünyada tanıtmaq üçün nə edir?

- Hazırda biz də AzRose brendinin xarici bazarlarda tanıtdırılması tədbirlərini həyata keçirməkdəyik. Buna misal olaraq, cari sahədə böyük təcrübəyə malik ölkələrdə (Türkiyə Rusiya, Hollandiya) müxtəlif forum və expo-larda iştirak etmiş və ölkə brendinin tanıdırılmasında müəyyən işlər həyata keçirmişik.

- Faəliyyətdə olduğu müddətdə AzRose şirkəti hansı uğurlara imza atıb?

- Bildiyiniz kimi “Azrose Qəbələ” layihəsi qısa zaman ərzində ölkə bazarında yerini möhkəmləndirmiş və holland keyfiyyətinə bərabər səviyyədə qızılgül yetişdirmişdir. Lakin, biz bununla kifayətlənməyərək daha yüksək nailiyyətlər əldə etməyi qarşımıza məqsəd qoymuşuq.

- AzRose-un yaxın gələcək üçün planları nələrdir?

- Əsas prioritetimiz ­– Azərbaycanı dünya bazarlarında yüksək keyfiyyətli məhsul ilə layiqincə təmsil etməkdir.

Əlaqə üçün:

Qəbələ Qızıl gül istixanaları

Qəbələ rayonu, Vəndam kəndi, Göyçay talası ərazisi

Elektron poçt - [email protected]

Instagram – azrose_company

Poçt indeksi: 3628

Əlaqə nömrəsi: (+994 50) 563-96-78

Reklam hüququnda

 

Paylaş:
4935

Sizin üçün xəbərlər

Son xəbərlər

Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13
Bütün xəbərlər