İmamverdi İsmayılovun lider olduğu dairədə daha iki məntəqənin nəticəsi ləğv olundu | 1news.az | Xəbərlər
Siyasət

İmamverdi İsmayılovun lider olduğu dairədə daha iki məntəqənin nəticəsi ləğv olundu

17:09 - 24 / 02 / 2020
İmamverdi İsmayılovun lider olduğu dairədə daha iki məntəqənin nəticəsi ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bugün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

1news.az xəbər verir ki, həmin dairədən deputatlığa namizəd Anar Əsədli MSK-ya müraciət edərək seçki günü həmin dairədə qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə 48 və 50 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl həmin dairədən namizəd Faiq Kərimovun müracəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmişdi.

Xatırladaqki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində İmamverdi İsmayılov  41.0 % səslə liderdi.

Qafar Ağayev

Paylaş:
614

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər