DİN Tünzalənin yaydığı səs yazısı ilə bağlı araşdırmaya başladı - AUDİO

Daxili İşlər Nazirliyi “Whatsapp” sosial şəbəkəsində Tünzalə adlı qadın tərəfindən yayılan səs yazısına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov 1news.az-a bildirib ki, “Whatsapp” sosial şəbəkəsində yayılan səs yazısı ilə bağlı araşdırma aparılır:
“Səs yazısında səsləndirilənlər həqiqəti əks etdirmir. Nazirlik tərəfindən elə bir fakt qeydə alınmayıb.İnsanları təşvişə salan həmin səs yazısını yayanla bağlı araşdırlamalara başlanılır”.
Qeyd edək ki, “Səs yazısında qeyd olunur ki, bir qrup adam maşınla evlərə yaxınlaşıb, “qripə görə evləri dezinfeksiya” etməyə gəlirlər. Evlərə girirlər, guya dezinfeksiya edirlər, qaz kimi bir şeydi buraxırlar. Adamın huşu gedir, evləri soyub çıxıb gedirlər. Ehtiyatlı olun,birdən kimsə gələr, icazə verərsiniz. Mən indi evə gəldim gördüm mənə səs atıblar”.
Qafar Ağayev