Türkiyə İdlibdə 33 şəhid verdi, qisası ağır oldu - VİDEO
İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub, yaralılar var.
1news.az-ın məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.
Yerli vaxtla 03:45-də verdiyi açıqlamasında Doğan yaralı türkiyəli əsgərlərin vəziyyəti barədə də danışıb. Doğan xəstəxanaya yerləşdirilən 32 əsgərin heç birinin həyatı üçün təhlükə olmadığını vurğulayıb.
Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Administrasiyasında təcili toplantı keçirib.
Türkiyənin cavabı özünü çox gözlətməyib. Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan əsgərlərin intiqamını alıb.
Xatırladaq ki, fevralın 10-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Suriya ordusu birləşmələri 1709 itki verib. Türkiyə ordusu həmçinin 55 tank, üç helikopter, 18 zirehli maşın və 29 top məhv edib.
1news.az