Daha bir qadın əri tərəfindən öldürüldü – BƏRDƏDƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir qadın əri tərəfindən öldürüldü – BƏRDƏDƏ

10:26 - 28 / 02 / 2020
Daha bir qadın əri tərəfindən öldürüldü – BƏRDƏDƏ

Bərdə rayonunda qadın döyülərək qətlə yetirilib.

Trend-in məlumatına görə, hadisə rayonun Zümürxan kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızının üzərində xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Zümürxan kənd icra nümayəndəsi Mübariz Abbasov Trend-ə açıqlamasında bildirib ki, hadisədə qadının həyat yoldaşı Vahid İbadov və 25 yaşlı qonşu oğlan şübhəli şəxs qismində saxlanılıb: "İlkin məlumata görə, qadının baş nahiyəsinə taxta parçası ilə vurub öldürüblər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil".

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mehriban Əliyeva bıçaqlanan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı tapşırıq verdi - FOTO - VİDEO

Ərinin bıçaq zərbələrindən Dilarə Zeynalova iflic olub – FOTO – VİDEO

Bakının mərkəzində ər arvadını bıçaqlayıb – FOTO – VİDEO

Çoxsaylı bıçaq zərbələri və əzablı illər: Bakının mərkəzində bıçaqlanan Dilarə Zeynalovanın acı həyat hekayəsi – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
896

Son xəbərlər

Bütün xəbərlər