Koronavirusdan sağalan qadın danışdı - VİDEO
Koronavirus bəlası sürətlə dünya ölkələrinə yayılır. Virusa yoluxanlar arasında ölənlər olsa da, sağalan insanlar daha çoxdur.
1news.az ayna.az-a istinadən sağalmış və insanlar üçün motivasiya olacaq bir hekayəni təqim edir.
Sinqapurlu Culiy adlı qadın virusa yoluxduğu andan sağalanadək olan prosesi video vasitəsiylə nəql edir.
Həmin videoda belə deyilir: "İlk vaxtlar məndə quru öskürək başladı, sonra fevralın 7-də səhər yuxudan oyananda bütün otaq başıma fırlanırdı, halsız idim. Vəziyyətimlə əlaqədar həkimə müraciət etdim və müayinə nəticəsində məlum oldu ki, mən COVİD-19-a yoluxmuşam. Məni bir otaqda izolyasiya vəziyyətində saxladılar. Otaqda hər cür şərait və imkanlar var idi. Qidalanma, dərmanlar, müalicə qaydası ilə gedirdi. Getdikcə vəziyyətimdə yaxşılaşma hiss edirdim, artıq normal nəfəs almağa başlayırdım. Doğrudur, insanlardan təcrid olunsam da, virtual ünsiyyətim vardı. Bir müddət sonra artıq sağalma mərhələsinə gəldim".
"Hamı bilməlidir ki, bu virus deyildiyi kimi çox qorxulu deyil. Sadəcə, vaxtında müayinəyə getmək lazımdır, ilk simptomlarda analiz vacibdir. Bir də xəstəliklə mübarizədə hər insanın orqanizmi fərdi xüsusiyyət daşıyır. Məndə sağalma xəstəxanada yerləşəndən sonra 9 gün ərzində oldu. Bşqasında bu zaman kəsiyi artıq da ola bilər. Bir sözlə, insanlar xəstəliklə mübarizədə, sadəcə, daha məlumatlı olmalıdırlar", - Culiy deyib.
1news.az