Sürücülərin NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq - FOTO

12:57 - 06 / 03 / 2020
Sürücülərin NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi ətrafında aparılan yenidənqurma işləri çərçivəsində yolun dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətlərinin dəyişdirilməsi işləri aparılacaq.

Bu barədə 1news.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Məlumata görə, bununla əlaqədar olaraq sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00 – 05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. 

"Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur", -  məlumatda qeyd edilib. 

Qafar Ağayev

Paylaş:
728

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər