Dünyada koronavirusa yoluxanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

13:26 - 09 / 03 / 2020
Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

Dünyada koronavirusa yoluxanların ümumi sayı 105 586 nəfərə çatıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Bildirilir ki, epidemiya artıq dünyanın 101 ölkəsində qeydə alınıb.

Son sutka ərzində virus Bolqarıstan, Kosta-Rika, Moldova, Fransa Qvianası, Maldiv adaları, Malta və Farrer adalarında da aşkarlanıb.

Çindən kənarda son 24 saat ərzində 3 610 yeni yoluxma hadisəsi qeydə alınıb, 71 nəfər dünyasını dəyişib.

1news.az

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər