Royal Holding QSC Astarada yüksək sinifli 9 hotel kompleksi tikəcək
Bu gün Bakı konfrans mərkəzində keçirilən investiya layihəsinin təqdimatında Royal Holding QSC şirkətinin baş direktoru Ramil Kərimli bu ambisiyalı plan haqqında ətraflı danışdı.
“Biz Astarada beş ulduzlu kompleksin tikintisi üzrə bir neçə il ərzində apardığımız ilkin layihə işlərinə yekun vurduq.
Bizim üçün çox vacib olan odur ki, AzərbaycanRespublikası inkişaf etsin, həm daxili, həm də bütün dünyadan gələn turistlər üçün yeni və maraqlı lokasiyalar yaradılsın. Turizm ən dinamik inkişaf edən sahədir və bu trend bizim xoşumuza gəlir.
Astara özünün qızılı qumsal sahilləri, subtropik iqlimi, orqanik ərzaqları, əfsanəvi çayı və ipəyi ilə xüsusi bir regiondur, Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə tanış olmaq və sadəcə istirahət etmək yox, Azərbaycan Respublikasının visit kartı olan həqiqi qonaqpərvərliyin ağuşuna düşmək istəyən turistlər üçün çox münasib yerdir”.
R.Kərimlinin sözlərinə görə, 100 hektarlıq ərazidə Royal Holding QSC 9 hotel tikəcək və onlardan hər birinin, hətta başqa komplekslərdə yaşayanların da istifadə edə biləcəyi özünün nadil konsepsiyası olacaq:
“Adətən belə ayrı-ayrı komplekslər, hər bir hotelin istiqaməti nəzərə alınmadan xaotik tikilir, bir birləri ilə rəqabət aparırlar, burada isə biz hər bir hotelin və bütöv kompleksin bənzərsizliyini düşündük.
Astara kompleksi özündə təkcə istirahət üçün olan infrastrukturu ehtiva etməyəcək, həmçinin işgüzar tədbirlər keçirmək üçün uyğun olacaq. Kofrans zalları, biznes mərkəzi, gözəl SPA-lar, restoranlar, eləcə də rahat böyük nömrələr və uşaqlar üçün zonalar. Layihədə, hətta ən tələbkar qonaqlar üçün belə, hər şey nəzərdə tutulub.
Fantanlar, açıq və qapalı havada hovuzlar, fitness zallar və hətta şoppinq və gözəllik üçün zonalar var ki, burada qonaqlar ürəkləri istədikləri hər şeyi tapa biləcəklər”.
Qeyd edək ki, Royal Holding QSC investor və 1800 yerə hesablanmış kompleksin tikintisinin icraçısı qismindədir. Tikinti işlərini 2021-ci ildə başlamaq planlaşdırılır. Başa çatdırmaq mərəhələsi 2024-cü il olacaq.
Reklam hüququnda