Deputatlar koronavirusla bağlı test yoxlanışından keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatlar koronavirusla bağlı test yoxlanışından keçiriləcək

11:20 - 09 / 03 / 2020
Deputatlar koronavirusla bağlı test yoxlanışından keçiriləcək

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb.

Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər