Elektron ticarət - hər kəs üçün biznes – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Elektron ticarət - hər kəs üçün biznes – FOTO

10:00 - 11 / 03 / 2020
Elektron ticarət - hər kəs üçün biznes – FOTO

“Bizim dairəmizdən heç kəs bunun mümkün olduğuna inanmırdı və biz əksini sübut etməyə qərar verdik. Coğrafi yerimizdən asılı olmayaraq idarə edə biləcəyimiz bir iş qurmaq istədik”.

Firuzə və Ramin Sultanovlar bizə elektron ticarətin imkanlarını və yalnız bir noutbuk və WiFi olmaqla biznesi necə idarə edilməsini izah edəcəklər.        

- Birgə işə başlamaq üçün necə qərara gəldiniz? Və nə üçün restoran və ya gözəllik salonu yox, məhz elektron ticarət?

Firuzə: Uzun müddətdir ki, öz onlayn biznesim barədə düşünürdüm. Fransada sahibkarlıq üzrə magistr dərəcəsini almışam və diplom işim xüsusilə e-ticarətlə bağlı idi.

Tək, xüsusən qlobal bir biznesə başlamaq o qədər də asan deyil. Məlum oldu ki, Raminin də hər zaman öz işinə başlamaq barədə düşüncələri var idi.

Tanışlığımızdan bir müddət sonra bəlli oldu ki, bütün həyatımız boyu bizdə sahibkarlıq ruhu olub. Biznes, ilk növbədə mənəvi sevinc, məmnuniyyət gətirməlidir. Nə etdiyinizi sevirsinizsə, onda özünüzü işinizə həsr edirsiniz və bizim kimi, bəzən səhərdən gecəyə qədər çalışırsınız.

Dairəmizdən heç kim bunun mümkün olduğuna inanmırdı və biz əksini sübut etməyə qərar verdik. Coğrafi yerimizdən asılı olmayaraq idarə edə biləcəyimiz bir iş qurmaq istədik. Buna görə restoran və ya gözəllik salonu bu meyara uyğun olmazdı.

- Elektron ticarətdəki yolunuz necə başladı?

Ramin: Amazon ilə başladıq. Kurslardan keçdik, istiqamətimizi təyin etdik, satacağımız məhsulları müəyyənləşdirdik, tədarükçülərlə razılaşdırdıq, məhsulumuzu markaladıq, ABŞ-dakı Amazon anbarlarına çatdırdıq və tanıtım, reklam və satışla məşğul olmağa başladıq. Bir müddət sonra Dropshipping və daha sonra Shopify kimi anlayışlarla rastlaşdıq. Dropshipping - malların birbaşa alış və saxlama olmadan bütün dünyaya satılmasına imkan verən bir modeldir. İlk baxışdan bu qəribə görünə bilər, amma gerçəkdir. Məhsulu almaq lazım deyil, ancaq onu sata bilərsən, bu gözəl deyilmi? Bəs onu harada satmaq olar? Saytınızda. Bəs proqramlaşdırmanı bilmədən onu necə yaratmaq olar? Shopify - hər kəsə öz veb saytını yaratmaq və onlayn mağaza vasitəsilə məhsul / xidmətləri satmaq üçün yaradılan bir platformadır. Kodlaşdırmanı bilməyə bilərsiniz, Shopify komandası sizin üçün hər şeyi edəcək. Marketinq, satdıqlarınızı, kimə və necə məhsulunuzu tanıtmaq istədiyinizi başa düşmək - uğurun açarıdır. Yeri gəlmişkən, biz Shopify-nın rəsmi tərəfdaşlarıyıq.

- Yəni markanız saytınızda mövcuddur və satış yalnız onlayn həyata keçirilir?

Ramin: Bəli, tam olaraq. Üstəlik, işini sıfırdan başlamaq istəyənlər üçün rus və ingilis dillərində onlayn kurslar yaratdıq. Yəni hər kəs öz onlayn biznesinə başlaya bilər (https://www.instagram.com/ecommerce_dropshipping/). Kurslarımızda addım-addım nəinki onlayn mağaza yaratmağını göstəririk, bura veb dizayn, rəqəmsal reklamı, digər servislərlə nizamlama, bir çox texniki nüanslar və ən əsası - ödəniş şlüzunun qurulmasını da əhatə edir. Bu, ən böyük ağrıdır, çünki bir çox ödəmə qapıları Azərbaycanla əməkdaşlıq etmir.

- Kurslar yaratmağınıza nə səbəb oldu?

Ramin: Bizi vadar edən ətrafda böyük bir sərmayə olmadan bir iş qurmağın mümkünsüzlüyündən şikayət edən bir çox insanın olması idi. Əksini sübut etmək qərarına gəldik. Elektron ticarət, xüsusən dropshipping məsələsinə gəldikdə, böyük bir büdcənin olmasına ehtiyac yoxdur. Ancaq hər kəsin asanlıqla öz onlayn işlərini yaratmalarına kömək edəcək bir kurs yaratmaq üçün əvvəlcə öz biznesimizə başladıq və e-ticarət, rəqəmsal marketinq, Facebook, Instagram, Google, Youtube, Influencer marketing və s. müxtəlif kurslardan keçdik, həmçinin elektron ticarət dünyası və markanın tanıdılması nüansları haqqında hər şeyi bilmək üçün ABŞ və Avropanın mentorları ilə proqramları uğurla keçdik.

- Azərbaycanda bu mövzuda kurs və təlimlər keçirən yeganə sizsiniz?

Firuzə: Düzünü desəm, Azərbaycanda belə kurslar barədə hеç eşitməmişik. Qeyd etmək istərdik ki, bu cür təlimlər dünya bazarına çıxmaq istəyən yerli markalar üçün faydalı olardı. Biz həmçinin E-Brandify e-ticarət agentliyini də yaratdıq (veb saytımız: www.e-brandify.com), bu da sahibkarlar və markalar üçün e-ticarət və reklam xidmətlərini təklif edir.

Yerli qeyri-neft məhsullarının xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə genişmiqyaslı təşviqi ilə bağlı sərəncamdan da xəbərimiz var. Missiyası yerli brendləri tanıtmaq və sahibkarlara kömək etmək olan AzExport, Azpromo, ABAD, KOBIA, KOSIA kimi təşkilatlar haqqında da eşitmişik. Müasir elektron ticarət metodlarından istifadə edərək xaricdə yerli markaların inkişafına kömək etməyə və töhfəmizi verməyə hazırıq.

- Hansı xidmətlər göstərirsiniz? Azərbaycandan kimlə işləyirsiniz?

Ramin: Əvvəlcədən xaricilərlə işləməyə başladıq, çünki xaricdə, xüsusən ABŞ və Avropada elektron ticarət daha inkişaf edir. Bu günə qədər Azərbaycan şirkətləri ilə hələ işləməmişik.

Təqdim etdiyimiz əsas xidmətlər bunlardır: dünya bazarında marka inkişafı strategiyasının hazırlanması və həyata keçirilməsi, veb saytların dizaynı və inkişafı, rəqəmsal marketinq, həmçinin veb saytların və sosial şəbəkələrin auditi. Komandamız ABŞ və Avropadan olan mütəxəssislərdən ibarətdir.

- Məhsullar / mallar istisna olmaqla, e-ticarəti başqa hansı sahələrdə tətbiq oluna bilər? Məsələn, turizmdə?

Firuzə: Bəli, əlbəttə. Üstəlik, Azərbaycan ölkənin qeyri-neft sektorunu inkişaf etdirməyi seçdi və turizm qeyri-neft sektorunun lideri ola bilər. Ölkəmizdə turizmin inkişafı üçün rəqəmsal marketinq, elektron ticarət sahəsindəki təcrübəmizi və biliklərimizi tətbiq edə bilərik və turistləri yalnız ərəb ölkələrindən deyil, eyni zamanda ABŞ və Avropadan da çox sayda turist cəlb edə bilərik. Onlar adətən qonşularımıza üstünlük verir: Gürcüstan və Özbəkistanı seçirlər.

Turizm üçün dünya inflüenserləri ilə də düzgün iş qura bilərik ki, ölkənin tanınmasını və turist axınını artıraq. Bundan əlavə, artıq məşhur inflüenserlər ilə iş təcrübəmiz var, onlarla şəxsən tanışıq və son 5 ayda Asiya və Avropaya səyahət edərkən bəziləri ilə dostluq qura bilmişik.

Reklam hüququnda

 

Paylaş:
2105

Sizin üçün xəbərlər

Son xəbərlər

Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13
Bütün xəbərlər