İranda 85 min məhbus sərbəst buraxıldı - Koronavirusa görə
İranda 85 min məhkum sərbəst buraxılıb.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, İranda 85 min məhbus koronavirusun yayılması riskinə görə müvəqqəti olarq azad edilib. Onların çoxu siyasi məhbuslardır.
14991 nəfərin koronavirusa yoluxduğu İranda bu xəstəlikdən ölənlərin sayı 853-ə çatıb.
"Azad edilənlərin 50 faizi təhlükəsizliklə əlaqədar saxlanılan məhbuslardır. Bundan əlavə, həbsxanalarda virusun yayılmaması üçün ehtiyat tədbirləri görülür", - İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn Esmaili söyləyib.
O, sərbəst buraxılan şəxslərin yenidən nə vaxt həbsə salınacağı barədə məlumat verməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi koronavirusa yoluxma riskinin artmasına görə İrana siyasi məhbusların azad edilməsi barədə müraciət edib.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə koronavirusa dünya üzrə 183048 nəfər yoluxub. 7175 nəfər bu virusdan ölüb, 79890 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.
1news.az