Ermənistanda koronavirusa yoluxanların sayı 84-ə çatıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda koronavirusa yoluxanların sayı 84-ə çatıb

13:53 - 18 / 03 / 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 84-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 84 nəfərə çatıb.

1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, bu statistikanı martın 18-də ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın qeyd etdiyi kimi, hazırda 444 nəfərə virusa görə karantindədir, 790 vətəndaş isə təcrid olunub:

“Ümid edək ki, nəticədə İrandan gələn vətəndaşların vəziyyətində mümkün qədər artımını dayandıra biləcəyik”.

Xatırladaq ki, martın 16-dan Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət tətbiq olunub. Fövqəladə vəziyyət martın 16-sı, saat 18:30-dan aprelin 14-ü saat 09:00-a qədər tətbiq edilib. Burada ölkəyə giriş-çıxış, dövlət qurumlarının işi və kütləvi tədbirlər ilə əlaqəli bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutulur.

S.Xankişiyeva

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər