Bakıda ahıl kişi qonaq getdiyi evdə yıxılaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ahıl kişi qonaq getdiyi evdə yıxılaraq ölüb

11:02 - 19 / 03 / 2020
Bakıda ahıl kişi qonaq getdiyi evdə yıxılaraq ölüb

Bakının Xətai rayonunda ölüm hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Əhmədli qəsəbəsində baş verib.  83 yaşlı Mehdiyev Əkbər Mehdi oğlu ailəsi ilə birlikdə Əhmədli qəsəbəsində yaşayan qohumugilə qonaq gedib.

Ahıl kişi həmin evdə naməlum şəraitdə yıxılıb.   Ağır xəsarət alan Ə.Mehdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, ölüb.  Fakt araşdırılır.

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər