“Emirates” aviaşirkəti bütün sərnişindaşımaları dayandırır | 1news.az | Xəbərlər
Dünya

“Emirates” aviaşirkəti bütün sərnişindaşımaları dayandırır

19:45 - 22 / 03 / 2020
“Emirates” aviaşirkəti bütün sərnişindaşımaları dayandırır

Dubayın “Emirates” aviaşirkəti martın 25-dən ixracat və yük reyslərindən başqa bütün sərnişindaşımaları dayandıracaq.

1news.az-ın RİA Novostiyə istinadla verdiyi xəbərə görə, bu barədə aviaşirkətin məlumatında deyilir:

“Əvvəlki kimi yük daşımaları həyata keçirməyimizə baxmayaraq, “Emirates” martın 25-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq. Emirates Group ixtisarların qarşısını alaraq, dünya üzrə fəaliyyətləri və iş yerlərini qoruyur”.

S.Xankişiyeva

 

 

Paylaş:
586

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər