AZAL bütün reysləri ikinci terminaldan həyata keçirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL bütün reysləri ikinci terminaldan həyata keçirəcək

22:22 - 23 / 03 / 2020
AZAL bütün reysləri ikinci terminaldan həyata keçirəcək

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

Bu barədə 1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, koronavirus infeksiyasının (“COVİD-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

1news.az

Paylaş:
1316

Son xəbərlər

Bütün xəbərlər