Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları koronavirusla mübarizə üçün pul köçürdülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları koronavirusla mübarizə üçün pul köçürdülər

18:21 - 24 / 03 / 2020
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları koronavirusla mübarizə üçün pul köçürdülər

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüblər.

Bu barədə 1news.az-a Yevlax Şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

Məlumata görə, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alaraq bir aylıq vəzifə maaşları həcmində pul məbləğini (30 min manat) Fonda köçürüblər.

1news.az

Paylaş:
1313

Son xəbərlər

Bütün xəbərlər