Neft Daşlarında çalışanlar barədə qərar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Neft Daşlarında çalışanlar barədə qərar verildi

20:28 - 25 / 03 / 2020
Neft Daşlarında çalışanlar barədə qərar verildi

Azərbaycan hökuməti Neft Daşlarında çalışan işçilərlə bağlı qərar qəbul edib.

1news.az-ın məlumatına görə, bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Kabinet rəsmisi bildirib: "Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər".

İ.Məmmədov qeyd edib ki, neftçilər həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar.

1news.az

Paylaş:
622

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər