Çində yeni virus - Hantavirus nədir?
"Hantaan və ya hanta" adlanan hantavirus Bunyaviridae qrupundakı tək qapalı RNT virusudur.
1news.az Teleqraf-a istinadla xəbər verir ki, bu virus ilk dəfə 1976-cı ildə Koreyada izolzasiya edilib və Seul virusu adlandırılıb. Hantavirus böyrəklərin tutulması nəticəsində qan dövranı və tənəffüs sisteminə təsir edən müxtəlif klinik vəziyyətlərə səbəb olur.
Təbiətdəki hantavirusun əsas mənbəyi gəmiricilər, xüsusilə də siçanlardır.
Virus uzun müddət xəstəlik törətmədən heyvanların cəsədində qalır. Sözügedən infeksiya bir ilədək virus daşıyan heyvanların ifrazatında aşkar edilə bilər. Xəstəlik insanlara virus daşıyan heyvanların dişləməsi, tüpürcək və sidik kimi maddələrə yoluxmuş hava-damcı yolu ilə yoluxur.
Epidemioloji tədqiqatlar göstərir ki, yoluxma əsasən tənəffüs yolları vasitəsilə baş verir.
Xəstəlik yaz və payız aylarına, əsasən 20-50 yaş arasındakı kişilərdə müşahidə olunur. Fermerlər, əsgərlər və liman işçiləri kimi gəmiricilərlə yüksək təmasda olan insanlarda daha çox rast gəlinir. Hantavirus laboratoriya infeksiyalarına da səbəb ola bilər. Andes virusundan başqa hantavirus infeksiyalarında insandan insana yoluxma yoxdur.
Hantavirus infeksiyası damar divarlarının zədələndiyi viral xəstəlikdir. Damar keçiriciliyinin və trombositopeniyanın artması nəticəsində hemorragik simptomlarla irəliləyə bilir. Hipertəzyiqə , ağciyər şişi, böyrək çatışmazlığı və infarkta qədər səbəb olan ölümcül xəstəlikdir.
Xəstəliyin ilkin əlamətləri orğunluq, qızdırma, baldır, arxa və çiyin kimi böyük əzələ nahiyələrindəki ağrılardır. Bundan əlavə, baş ağrısı, başgicəllənmə, qarın ağrısı, ishal, qusma, ürək bulanması kimi simptomları var.
Xəstəliyin başlanmasından 4-10 gün sonrakı müddətdə Hantavirus Pulmoner Sindromu inkişaf edir. Daha sonra pulmoner şişkinlik, öskürək və nəfəs darlığı kimi simptomlarla müşahidə olunur. Hantavirus Pulmoner Sindromu inkişaf etdikdə, Oliguri (sidik miqdarının azalması) və böyrək çatışmazlığına səbəb olur.
Nadir hallarda qulaq ağrısı və boğaz ağrısı kimi simptomları müşahidə olunur.
Hantavirusun peyvənd və ya xüsusi müalicə üsulu yoxdur. İnfeksiyanın qarşısını almaq üçün ən vacib məsələ yaşayış məntəqələri ətrafında gəmiricilərin yox edilməsidir. Evdə siçan və ya digər gəmiricilər saxlanılmamalıdır.
Əgər ev heyvanları(pişik) virusa yoluxan siçan yeyibsə, xəstəlik yaşayış yerinə keçirə və insanlara müxtəlif sekresiya və ekstraktlarla yoluxa bilər.
Gəmiricilərin yaşadığı mühitlərdə işləyənlər əlcək və maska geyinməli, dezinfeksiyaedici vasitələrdən istifadə etməlidir. Qapı və pəncərələrə tor vurulmalı, zibil qabları daima bağlı olmalıdır.
Anbarlarda siçan kimi gəmiricilər üçün yaşayış yeri ola biləcək lazımsız əşyalar saxlanılmamalı, gigiyena tədbirlərinə riayət edilməlidir.
Yoluxma şübhəsi varsa, əvvəlcə bədənin bu virusla təmasa girən hissəsini dezinfeksiya etmək və ən qısa müddətdə həkimə müraciət etmək lazımdır.
1news.az