Milli Məclisdə deputatlar bir-birindən 2 metr aralı oturacaq | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisdə deputatlar bir-birindən 2 metr aralı oturacaq

14:40 - 27 / 03 / 2020
Milli Məclisdə deputatlar bir-birindən 2 metr aralı oturacaq

Milli Məclisin 30 martda keçiriləcək növbəti plenar iclası zamanı deputatların zalda lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

Bu barədə 1news.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məsələ Milli Məclis sədri Sahibə Qafarovanın təşəbbüsü ilə gerçəkləşib.

Bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilib.

Parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası da təşkil olunub.

Qafar Ağayev

Paylaş:
781

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər