Bakı sakininin evindən 5 kiloqram marixuana götürülüb. | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakininin evindən 5 kiloqram marixuana götürülüb.

15:17 - 27 / 03 / 2020
Bakı sakininin evindən 5 kiloqram marixuana götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 5 kiloqramdan artıq marixuana götürülüb.

1news.az

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər