Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin müddəti uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin müddəti uzadıldı

19:29 - 27 / 03 / 2020
Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin müddəti uzadıldı

“Azərbaycan Dəmir Yolları” QSC qatarların hərəkətinə qoyulan məhdudiyyətin uzadılması ilə bağlı məlumat yayıb. 

ADY-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı  20 aprelədək uzadılır. Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək  hərəkətdə olmayacaq. 

Sərnişin tələbatını nəzərə alaraq,  Bakı-Sumqayıt-Bakı dairəvi  elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.

Qafar Ağayev

Paylaş:
788

Son xəbərlər

Bütün xəbərlər