Düşmən iriçaplı pulemyotlar və snayper tüfənglərlə mövqelərimizi atəşə tutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmən iriçaplı pulemyotlar və snayper tüfənglərlə mövqelərimizi atəşə tutdu

10:27 - 27 / 03 / 2020
Düşmən iriçaplı pulemyotlar və snayper tüfənglərlə mövqelərimizi atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər