Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi

21:58 - 29 / 03 / 2020
Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, tikinti-bərpa işləri ilə əlaqədar olaraq mart ayının 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyindən ərazidə fəaliyyət göstərən 120,125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu - 20-ci Sahə dairəsi ilə təşkil ediləcək.

1news.az

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər