KOBİA əl dezinfeksiyaedici vasitə istehsalına dəstək verdi
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əl dezinfeksiyaedici vasitə istehsalına dəstək göstərilib.
1news.az-ın verdiyi xəbərə görə, yerli “Laric Chemical” şirkəti tərəfindən istehsal olunan əl dezinfeksiya edici vasitə hazırda istehlakçılara, idarə və müəssisələrə 1 və 5 litrlik qablarda təqdim olunur. Hazırda müəssisə tərəfindən bu məhsulun 400 və 500 ml qablarda qablaşdırılması, eləcə də dezinfeksiyaedici gelin istehsalı istiqamətində iş aparılır.
“Laric Chemical” şirkəti 2017-ci ildən yuyucu və təmizləyici məhsulların istehsalı ilə məşğul olur.
KOBİA koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə, əl dezinfeksiya edici vasitələrə olan təlabatının daha dolğun ödənilməsi üçün sahibkarlıq subyektlərinin bu istiqamətdə təşəbbüslərini dəstəkləyir və səlahiyyətləri çərçivəsində belə məhsullar istehsal etmək istəyən sahibkarlara dəstək göstərir.
S.Xankişiyeva