Polis cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxladı

16:51 - 30 / 03 / 2020
Polis cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxladı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər