Bu ölkədə 6 nazir koronavirusa yoluxdu | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə 6 nazir koronavirusa yoluxdu

18:37 - 30 / 03 / 2020
Bu ölkədə 6 nazir koronavirusa yoluxdu

Afrika ölkəsi Burkina Fasoda daha bir nazir koronavirusa yoluxub.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Nəqliyyat, Şəhər Hərəkətliliyi və Yol Təhlükəsizliyi naziri Vinsent Dabilqou feysbuk hesabından COVID 19 testinin pozitiv çıxdığını açıqlayıb.

Bununla da ölkədə koronavirusa yoluxan nazir sayı 6-ya çatıb. Ölkədə yoluxma faktı son 24 saat ərzində 15 vahid artaraq 187-yə çatıb. Onlardan 12 nəfəri dünyasını dəyişib, 23 nəfər sağalıb.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər