Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - FOTO - VİDEO

11:49 - 30 / 03 / 2020
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.

Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.

1news.az

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər