Türkiyədə koronavirusdan ölənlərin sayı artır: 214 nəfər | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronavirusdan ölənlərin sayı artır: 214 nəfər

22:25 - 31 / 03 / 2020
Türkiyədə koronavirusdan ölənlərin sayı artır: 214 nəfər

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artmaqda davam edir. Martın 31-də daha 46 nəfər dünyasını dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. O bildirib ki, ölkədə ölənlərin ümumi sayı 214 nəfərə çatıb.

Martın 31-də, ümumilikdə, 15 min 422 nəfər müayinə olunub. Onlardan 2704-də infeksiya aşkarlanıb.

Beləliklə, ölkə üzrə bu virusa yoluxanların sayı 13 min 531-ə çatıb. İndiyədək 243 nəfərin müalicəsi uğurla başa çatıb.

Qeyd edək ki, martın 31-nə olan məlumata görə, dünyada bu günədək 693 224 nəfər koronavirusa yoluxub, onlardan 33106 nəfəri ölüb.

Bildirilib ki, son sutkada 58411 nəfər koronavirusa yoluxub, 3215 nəfər həyatını itirib.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər