Məşhur klub stadionunu xəstəxanaya çevririr
"Borussiya Dortmund"un ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" stadionu koronavirusla mübarizə üçün istifadə olunacaq.
1news.az goal.az-a istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 81 min nəfərlik azarkeş tutumuna malik arenanın aprelin 4-dən etibarən müalicə mərkəzi kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, tibbi mərkəzi stadionun şimal tribunası olacaq. Bunun üçün həmin tribunanın təmir edildiyi də vurğulanıb.
Bu addımın infeksiyanın daha çox yayılmasının qarşısını almaq məqsədilə atıldığı bildirilib.
1news.az
845