Bank Respublika NFC ödənişlərin tətbiqinə başladı! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika NFC ödənişlərin tətbiqinə başladı!

12:20 - 07 / 04 / 2020
Bank Respublika NFC ödənişlərin tətbiqinə başladı!

Ölkəmizdə nağdsız ödənişlərin inkişafına daim böyük önəm verən Bank Respublika, bu istiqamətdə daha bir mühüm addım atdı.

Bank, NFC  (Near Field Communication) texnologiyası üzərindən daha rahat və sürətli təmassız ödənişlərin tətbiqinə başlayıb. Artıq bankın müştəriləri alış-veriş zamanı ödənişləri sadəcə smartfonları vasitəsilə həyata keçirə biləcəklər. Bunun üçün “Mobil Şöbə” əlavəsini smartfona yükləmək, Bank Respublikaya aid hər hansı VISA kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu dərhal POS terminalda ödənişlər üçün istifadə etmək kifayətdir.

Bununla da, kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək təmassız ödənişlər həyata keçirə biləcəklər. Xüsusən vurğulamaq lazımdır ki, Bank Respublikanın “Mobil Şöbə”istifadəçiləri NFC ödənişlərini İnternetə qoşulma olmadan belə rahat şəkildə  etmək imkanını qazanacaqlar.

Qeyd etmək lazımdır ki, NFC ödənişləri hələlik yalnız Android platformasında çalışan smartfonlar vasitəsilə həyata keçirmək mümkündür.  (Android 4.4 və daha yuxarı əməliyyat sistemi versiyaları)

NFC ödənişlər üzrə video təlimat:

Həmçinin, hal-hazırda yaranan şəraitdə Bank Respublika müştərilərə COVİD-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını azaltmaq üçün ödənişlərini daha təhlükəsiz NFC texnologiyası vasitəsilə, təmassız olaraq həyata keçirmələrini tövsiyə edir.

“Günümüzdə müştərilərimizin sağlamlığı bizim üçün daha böyük məna kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virus infeksiyasına tutulmamaq və qorunmaq üçün əhaliyə ödənişlər zamanı təmassız vasitələrdən istifadə edilməsini tövsiyə edir. Bu tövsiyəni nəzərə alaraq, NFC texnologiyasına əsaslanan təmassız ödəniş xidmətini artıq bugün müştərilərimizə təqdim etdiyimiz üçün çox şadıq. Artıq müştərilərimiz alış-veriş zamanı ödənişlərini kağız əsginaslarla deyil, smartfonlar vasitəsilə də təmassız olaraq tam təhlükəsiz həyata keçirə biləcək. Bank sektorunda innovativ texnologiyaları tətbiq edən lider banklardan biri kimi, Bank Respublika gələcəkdə də yeni rəqəmsal bank həlləri tətbiq edərək müştərilərini sevindirməyə davam edəcək.”deyə Bank Respublikanın İdarə Heyətinin sədr müavini Aslan Abasov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
606

Son xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54
Bütün xəbərlər