Türkiyədə koronavirus qurbanlarının sayı 1 000-i ötdü | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronavirus qurbanlarının sayı 1 000-i ötdü

21:26 - 10 / 04 / 2020
Türkiyədə koronavirus qurbanlarının sayı 1 000-i ötdü

Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 006 nəfərə çatıb. Bu gün 30 864 test keçirilib, 4 747 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 47 029 nəfərdir. Bu gün daha 281 pasiyent sağaldı, ümumi say 2 423 nəfərdir", - nazir deyib.

S.Xankişiyeva

 

Paylaş:
990

Son xəbərlər

Bütün xəbərlər