Qaza, suya və işığa borcu olanların nəzərinə! - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qaza, suya və işığa borcu olanların nəzərinə! - VİDEO

15:06 - 22 / 04 / 2020
Qaza, suya və işığa borcu olanların nəzərinə! - VİDEO

Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir. Belə olan halda, vətəndaşların bu istiqamətdə xərcləri artır.

Bəs bu günlərdə borca görə, vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat katibi: “Əsas diqqət odur ki, vətəndaşlarımız içməli sudan problemlə üzləşməsinlər. Diskomfort yaşamasınlar. Ona görə biz müvəqqəti olaraq mexaniki sayğacların göstəricilərinin oxunmasını da dayandırmışıq. Bu gün əməkdaşlarımız heç bir qapıya getmirlər. Biz bütün kontaktları sıfıra endirmişik. Heç kimin qapısını döymürlər, onun sayğacına baxış keçirmirlər və yaxud onun suyunu kəsilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq etmirlər”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə deyir ki, mexaniki tipli sayğaclardan istifadə edən abonentlər bildirişi aldıqdan sonra onun istifadə etdiyi qaza görə ödənişi həyata keçirməsi üçün 30 günlük müddəti olur.

Ceyhun Səfərov – “Azəriqaz” İB-nin mətbuat katibi: “Yəni bunu bu 30 günün 1-ci günündə də, bildirişi aldığının səhərisi günü də, 30-cu günündə də ödəyə bilər. Bu, onun ixtiyarında olan bir məsələdir. Bunu biz 30 gün ərzində onun üçün borc hesab etməyəcəyik. Ödəniş imkanları bu müddətdə həyata keçirilə bilər”.

Karantin rejimində isə bu məsələrlə xüsusilə diqqətlə və anlayışla yanaşılır. Belə ki, 30 günü keçdikdən sonra da ödəniş etməyən abonentin qazı kəsilməyəcək.

Ceyhun Səfərov – “Azəriqaz” İB-nin mətbuat katibi: “Hələ ki, bu günə qədər borca görə, hər hansı abonentin qazı kəsilməyib. Maksimum maarifləndirmə və anlaşılma şəraitində bu məsələlərin həllinə səy göstəririk. Abonentlə söhbət aparılır. Ona vəziyyət izah olunur. Amma bu zaman onun borca görə qazı kəsilmir”.

“Azərişıq” ASC isə abonentlərə borca görə güzəşt etmir. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib. Qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borcub yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir.

Tanrıverdi Mustafayev – “Azərişıq” ASC-nin mətbuat katibi: “İstehlakçılarımızın pandemiya dövründə çətinlik çəkməməsi ilə əlaqədar olaraq ilk gündən mobil tətbiq və ya azərişıq.az saytında “online” ödəmə sistemi mövcuddur. Bütün istehlakçılarımız onlayn xidmətdən yararlanır. Eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrədən istifadə etməklə ödəyirlər”.

“Azərişıq” ASC həmçinin sosial şəbəkə hesabları vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulunu həyata keçirir.

1news.az

Paylaş:
1222

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər