Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb

21:32 - 23 / 04 / 2020
Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində daha 115 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2491 nəfərə çatıb.

Ölkədə 3 116 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 101 790 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 2 014 nəfər sağalıb, sağalanların ümumi sayı 18 491 nəfər təşkil edir.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər