Xəstəxanadan qaçıb bütün ailəsini koronavirusa yoluxdurdu | 1news.az | Xəbərlər
Dünya

Xəstəxanadan qaçıb bütün ailəsini koronavirusa yoluxdurdu

12:40 - 01 / 05 / 2020
Xəstəxanadan qaçıb bütün ailəsini koronavirusa yoluxdurdu

Xəstəxanadan qaçan pasiyent tutulub stasionar şöbəyə qaytarılana qədər bütün ailəsini koronavirusa yoluxdurub.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisə Rusiyanın Blaqoveşensk şəhərində qeydə alınıb.

Tibb işçiləri onun ailəsini koronavirus testindən keçirib. Məlum olub ki, ailədə bir aylıq körpə uşaq da daxil olmaqla, beş nəfər COVID-19-a yoluxub.

Ailənin yaşadığı mənzil və binanın girişi dezinfeksiya olunub. Karantin qaydalarının qorunmasına polis nəzarət edir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pasiyent xəstəxananın birinci mərtəbəsindəki pəncərədən qaçıb. Ona qarşı cinayət işi qaldırılıb. Qayda pozucusunu 700 min rubla (16 000 AZN) qədər cərimə, yaxud iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

1news.az

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər