Bu şəhərdə yüzlərlə məhbus azadlığa buraxılacaq
Meksika paytaxtının hakimiyyəti yaxın zamanda şəhər həbsxanalarında yeni koronavirusun yayılmasının qarşısını almaq üçün bir neçə yüz məhkumu azadlığa buraxacaq.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər hökumətinin başçısı Klaudia Şeynbaum mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, burada söhbət məhkumların vaxtından əvvəl azad edilməsindən gedir, qanuna əsasən 800 nəfərin azadlığa buraxılması nəzərdə tutulur:
"Bu günə qədər 250 nəfər azadlığa buraxılıb, onlar ağır cinayət törətməyiblər və həbs müddəti artıq başa çatmaq üzrə olub".
1news.az
522