Brüsseldə yaşayan azərbaycanlı blogger koronavirus haqda: Boş küçələrə biganə baxmaq mümkün deyil – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Brüsseldə yaşayan azərbaycanlı blogger koronavirus haqda: Boş küçələrə biganə baxmaq mümkün deyil – FOTO – VİDEO

16:40 - 08 / 05 / 2020
Brüsseldə yaşayan azərbaycanlı blogger koronavirus haqda: Boş küçələrə biganə baxmaq mümkün deyil – FOTO – VİDEO

Ən son məlumatlara əsasən, COVID-19 virusundan ölüm hallarına görə Belçika lider ölkələrdəndir. Belə ki, 11.4 milyon əhalisi olan bir ölkədə 8 minə yaxın insan ölüb, bu da 1 milyon əhaliyə 686 nəfər ölüm faktı deməkdir.

Azərbaycan əhalisinin koronavirusdan ölüm sayı Belçika ilə müqayisədə yüksək deyil və ümumi vəziyyət tamamilə fərqlidir – 10 milyon əhalisi olan ölkə üçün 1 milyon nəfərə 2,6 ölüm sayı bərabərdir.  

Əhali baxımından oxşar, lakin miqyasında bir-birindən fərqli olan rəqəmləri nəzərə alaraq Belçikada yoluxma və ölüm səbəblərini öyrənməyə qərar verdik.

Səbəblər arasında sakinlərin xüsusi karantin rejiminə əməl olunmaması və tamamilə məsuliyyətsiz yanaşması, yerli həkimlərin səhlənkarlığı və yaşlı insanlara lazımi kömək göstərilməməsi də müəyyən edildi.

Bu əsnada bəzi detalları aydınlaşdırmaq üçün birbaşa bu ölkə sakinləri ilə danışmağa çalışdıq. Bu məqsədlə Brüsseldə yaşayan azərbaycanlı blogger Nərgiz Rzazadə ilə əlaqə saxladıq.

Nərgiz təhsilini davam etdirmək üçün 19 yaşında Brüsselə köçüb.

“İngiltərə və Belçika arasında seçim etməli idim. Düşünürəm ki, İngiltərədəki həyat dil baxımından daha asan olardı, amma təhsil haqqını ödəmək baxımında müqayisəolunmazdır.

Belçikada, xüsusən Avropa İttifaqının paytaxtı adlandırılan Brüsseldə demək olar ki, heç kim ingilis dilində danışmır. Bu, çətinliklər yaradırdı, lakin Allaha şükür, hər şeyi onlayn həll etmək mümkdür. Universitetim – Catholic University of Leuven, hazırda Avropanın ən nüfuzlu Flamandiya-İngilis dili üzrə magistratura dərəcəsini bitirirəm. Burada Belçika sakinlərindən daha çox xarici vətəndaşlar var, buna görə də tələbə şəhərciyində ilk dili ingilis dilidir”, - Nərgiz danışdı.

Hazırda Nərgizin 23 yaşı var və onun Instagramda 68.000 izləyicisi olan blogu var:

“Buraya köçdükdən sonra çoxlu səyahət etməyə başladım, həm xarici, həm də daxili baxımdan dəyişdim, özümə daha inamlı oldum və heç bir çətinlik olmadan ilk 6-7 min abunəçimi topladım. Və blogumun inkişafına daha çox sərmayə yatırmağa başladıqda nəticələr bütün gözləntiləri üstələdi. Avropanın bir çox tanınmış geyim markaları ilə əməkdaşlıq qurmağı bacardım. Ən çətin şey, vaxtı düzgün idarə etmək və düzgün planlaşdırmaqdır. Mən bir tələbə, həyat yoldaşı, blogger və işgüzar xanım olduğum üçün bu, məndə həmişə yaxşı alınmır”.

Nərgiz şirniyyat işi ilə maraqlanır və Brüsseldə bu istiqamətdə inkişaf etməyi planlaşdırır.

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Nargis Rzazade Abdallah (@narssie)

“Təəssüf ki, 2020 çətin başladı. Virus Belçikadan yan keçmədi, burada da çox tez yayıldı. Bu günə qədər Belçikada təxminən 50.000 infeksiya və təxminən 8000 ölüm var.

Mart ayının ortalarından etibarən bütün fiziki fəaliyyət, universitetlərdə və məktəblərdə dərslər dayandırıldı və sərt karantin rejimi tətbiq olundu. Apreldə vəziyyət daha da pisləşməyə başladı və hökumət daha sərt məhdudiyyətlər qoymalı oldu.

İdman və küçədə gəzməyə icazə verilir, lakin bu zaman say iki nəfərdən artıq olmalıdır. Lakin bir çox yerli sakin məhdudiyyətlərə açıq şəkildə məhəl qoymamağa davam etdi və hakimiyyət cərimələr sistemini tətbiq etməyə məcbur oldu. Əhalinin narazılığı hər keçən gün artmağa başladı, iğtişaşlar və açıq etirazlar başladı, bu da bir yerdə çoxlu sayda insanın olmasını və heç bir məsafənin olmamasını göstərir” – o, etiraf edir.

“İqtisadiyyatı dəstəkləmək üçün dövlət müəssisələrə və hər bir sahibkara kömək üçün müəyyən məbləğ ayırır və dövlət işçiləri maaşlarını almağa davam edirlər.

Gün ərzində yoluxanların sayı 2000-ə çatmışdı, ancaq indi gündə 600 yoluxma halı qeydə alınır.

Mayın 3-dən karantin rejimi tədricən yumşalmağa başladı. Son məlumata görə, karantin ən azı 8 iyun tarixinə qədər uzadılacaq. Avqustun 31-dək bütün konsertlər və festivallar qadağandır. Hava yolları ləğv edilmiş uçuşların başlama tarixi barədə vətəndaşlara hələ də bildirmirlər.

Yaxın günlərdə məşhur xəbər agentliklərindən biri “Associated Press”in YouTube kanalında video gördüm. Videoda Brüsselin boş qalan küçələrini əks olunmuşdu. Bu kadrları biganə izləmək mümkün deyil.

Əvvəlcə, epidemiya İtaliya və Fransada yayılmağa başlayanda Belçikada cəmi bir neçə hal qeydə alınmışdı və buna görə də virus çox ciddi qəbul edilmədi. Bu ölkələrlə sərhədi vaxtında bağlansaydı, bəlkə də bəladan yan keçmək olardı. Lakin İtaliyadan Belçikaya qayıdanlar xəstəliyin daşıyıcıları idilər.

Mayın 3-dən etibarən karantinin üç mərhələdə ləğv edilməsi qərara alındı. Birincisi, sınaq mərhələdə – emalatxanalar və bağ məhsulları mağazası açıldı. 11-dən ikinci mərhələ başlayacaq - bütün digər mağazalar açılacaq, lakin müştərilərin girişi məhdud sayda olacaq. Avtomobillə "gəzinti"nin mümkün olub-olmadığı hələ məlum deyil. İş və təhsil “məsafədən olaraq” qalır. Qərbi Avropa ölkələri arasındakı sərhədlər hələ də bağlıdır və insanların nə vaxt sərbəst hərəkət edə biləcəyi məlum deyil.

Mövcud vəziyyət asan deyil, lakin dövlət əlindən gələni əsirgəməyərək vətəndaşlara kömək etməyə çalışır”,– deyə Nərgiz oradakı vəziyyətlə bağlı təəssüratlarını bizimlə bölüşdü.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2784

Sizin üçün xəbərlər

Son xəbərlər

Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13
Bütün xəbərlər