Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin azalıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin azalıb

20:54 - 08 / 05 / 2020
Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin azalıb

Türkiyədə son sutkada daha 48 nəfər pandemiyanın qurbanı olub.

1news.az-ın verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

“Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb”

Nazir həmçinin daha 1 848 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 135 569-a yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 86 396 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
1033

Son xəbərlər

Bütün xəbərlər