Bir qrup şəxsə yüksək vəzifə verildi – SİYAHI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bir qrup şəxsə yüksək vəzifə verildi – SİYAHI

18:52 - 13 / 05 / 2020
Bir qrup şəxsə yüksək vəzifə verildi – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 39 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 45 yaşı vardır.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 41 yaşı vardır.

S.Xankişiyeva

 

 

Paylaş:
2082

Son xəbərlər

Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29
Bütün xəbərlər