Elman Rüstəmov: 549 milyon manat məbləğində kreditin restrukturizasiya üçün müraciət olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov: 549 milyon manat məbləğində kreditin restrukturizasiya üçün müraciət olunub

11:32 - 13 / 05 / 2020
Elman Rüstəmov: 549 milyon manat məbləğində kreditin restrukturizasiya üçün müraciət olunub

“Mayın 7-nə olan məlumata əsasən, 549 mln. manat məbləğində 48 min kredit üzrə restrukturizasiya üçün müraciət olunub”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. E.Rüstəmov bildirib ki, müraciətlərin də 91%-i biznes, 4%-i ipoteka kreditləri ilə bağlıdır:

"Bu tarixə müraciətlərin məbləğinin 37%-i üzrə 200 mln. manatdan çox vəsait restrukturizasiya edilib. İstehlak kreditləri üzrə 35 mln. müraciət daxil olub və onların 29%-i icra olunub”.

Qafar Ağayev

Paylaş:
1554

Son xəbərlər

Bütün xəbərlər