“Dəbdəbəli mənzildə yaşasam da, özümü bədbəxt hiss edirdim”: Sevinc Hüseynova rahatlıq zonasından kənardakı həyat haqda – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

“Dəbdəbəli mənzildə yaşasam da, özümü bədbəxt hiss edirdim”: Sevinc Hüseynova rahatlıq zonasından kənardakı həyat haqda – FOTO

16:16 - 03 / 06 / 2020
“Dəbdəbəli mənzildə yaşasam da, özümü bədbəxt hiss edirdim”: Sevinc Hüseynova rahatlıq zonasından kənardakı həyat haqda – FOTO

Maraqlı həyat hekayəsi və peşəkar sahədə əldə etdiyi zirvələrə baxmayaraq, Sevinc Hüseynova demək olar ki, çox da tanınmayıb.

Bu heyrətamiz qadın haqqında təsadüfən – Women Bankers Club platforması tərəfindən təşkil edilmiş onlayn-vebinara qoşularaq bildim. Vebinarın mövzusu olduqca aktual idi – “Rahatlıq zonasından kənarda həyat necədir?” Və Sevinc xanım öz təcrübəsinə əsaslanaraq bu barədə danışdı.

Ekrandan çəkilmədən heyranlıqla onun valideynlərinin tövsiyə etdiyi yolu getməkdən necə imtina etdiyini, çox çətinliklərdən keçdikdən sonra öz həyatını yaşaması ilə bağlı hekayəsini izlədim.

Sevinc Hüseynova uzun müddətdir Hyustonda yaşayır. Peşəkar təcrübəsindən qısaca danışarkən, bu qadın TeliaSonera, Det Norske Veritas, Ocwen Financial Corporation, Parker Drilling və digər iri beynəlxalq şirkətlərdə kadrların idarə olunması sahəsində rəhbər vəzifələrdə 20 ildən çox təcrübəyə malikdir. Avrasiya üzrə HR direktoru vəzifəsini, Amerika, Afrika ölkələrində Korporativ İnsan Resursları direktoru və Qlobal İstedadların İdarə edilməsi və Təşkilati İnkişaf direktoru, 19 ölkədə layihələrə cavabdehdir. ABŞ-a köçməzdən əvvəl S.Hüseynova Bakı Dövlət Universitetinin professoru idi. 1997-ci ildən bəri 10 il ərzində Azercell-in HR direktoru vəzifəsində çalışıb.

Hal-hazırda Sevinc xanım karyerasını SOCAR AQŞ-də baş direktor vəzifəsində davam etdirmək üçün Azərbaycandadır.

Onun həyat hekayəsini diqqətinizə çatdırırıq.

Seçim hüququ

Sovet dövründə elmi işçi ailəsində anadan olmuşam. Atam fizik olduğu üçün fiziklər sülaləsini yetişdirmək istəyirdi ki, onunla birlikdə laboratoriyaya gedək, maye kristalları müzakirə edək. Ailədəki söhbətlər yalnız bu mövzuda olduğundan, başqa bir şey düşünmürdüm. Buna görə BDU-nun Fizika fakültəsinə daxil oldum.

Universitetdə təhsil almaq mənim üçün asan idi, əla qiymətlər alırdım. Birinci kursu başa vurduqda anladım ki, bu, tamamilə mənə maraqsızdır.

Bu düşüncələr bir neçə həftə beynimdə dolaşdı. Düşünürdüm ki, həyatımızda seçim imkanlarımız çox məhduddur. Doğum yerini, valideynlərini, cinsiyyətini, görünüşünü və hətta xarakterini seçmirik, çünki hər bir insan müəyyən bir keyfiyyət dəsti ilə bu dünyaya gəlir. Bundan sonra nəyi seçə bilərik? Ağlıma gələn ilk şey – peşə, ikincisi – həyat yoldaşı idi, çünki sevgi mövzusu həmişə mənim üçün önəmli olub. Fizik olmaq istəmirəmsə, ehtirasımı alovlandıran başqa bir şey tapmalıyam.

Tam qərara gələrək, universiteti tərk etməklə bağlı ərizə yazdım. Tamamilə heç kim məni başa düşmədi - bütün qohumlarım, dostlarım, qonşularım, tanışlarım dəli olduğumu dedilər. Həmin dövrlər instituta girməməyin bir utanc olduğu, daxil olub, sonra atmağın isə axmaqlığın son həddi olduğu zamanlar idi. Ancaq qərarı verdim və ətrafdakıların təzyiqlərə baxmayaraq dəyişmədim.

Sovetlər dönəmində səyahət edə bilməzdik, lakin mən isə dünyanı görmək istəyirdim. Üstəlik, dilləri öyrənməyi sevirdim. Buna görə də Xarici Dillər Universitetinə daxil olmaq qərarına gəldim.

Ümidlərim doğruldu, orada oxumaq mənim üçün maraqlı oldu. Hətta bir insanın yeni bilik qavrayışını necə inkişaf etdirməsi, müəyyən "xoşbəxtlik zəmini" yaratması haqqında elmi iş də yazdım. Nəticədə Ümumittifaq Elmi Əsərlər Müsabiqəsində ikinci yeri tutdum.

Valideyn ocağını tərk etmək

Günlərin bir günü, valideynlərim mənim üçün uyğun bir şəxs tapdıqlarını və məni nişanlamaq istədiklərini bildirdilər. Bunu eşidəndə yenidən mənim yerimə qərar verdiklərini hiss etdim. Razı olmadığımı bildirdim, bu adamı sevmədiyimi söylədim, amma cavabında: “Ağılsız olma. Yaxından tanış olsan, aşiq olarsan” dedilər. Bu əsasda, valideynlərimlə ikinci ciddi bir münaqişə yarandı, nəticədə əşyalarımı yığdım və evi tərk etdim.

18 yaşım var idi. O dövrlərdə bu qərar – qız valideyn evini tərk edərək ərə getmək əvəzinə, özbaşına yaşaması çox dəhşətli idi. Rahat şəraiti tərk edərək bilmədiyim yerlərə getdim. Əlaçı idim, 125 rubl dəyərində "Lenin" təqaüdü alırdım, amma büdcəni necə quracağımı, pulu necə idarə edəcəyimi və bu vəsaitlə yaşaya biləcəyimi bilmirdim.

Dostlarımın vasitəsi ilə Bayılda mənzil tapdım. Sahəsi 8 kvadratmetr olan kiçik bir otaq idi. Ayaqyolu həyətdə idi, evdə soyuducu yox idi, bütün mebellərin içərisində yalnız dəmir çarpayı, stol, stul və paltarlarımı asmaq üçün divara bərkidilmiş 3 mismar vardı.

Yadımdadır, pəncərəni görəndə çox sevindim, düşündüm ki, əgər ev dağın başındadırsa, buradan gözəl mənzərə görəcəyəm. Pəncərəyə tərəf qaçdım, açdım ... və peşman oldum. Gözlərim qıvrımlara, damların üstündə bir-birinə bağlanmış elektrik naqilləri və torpaq boyunca uzanan kanalizasiya borularına rastlaşdı.

Ancaq yenə də bu mənzili kirayə götürməyə razılıq verdim, çünki pullarım yalnız onun üçün kifayət edirdi.

Bu kiçik otaqda keçirdiyim ilk axşamı dəqiq xatırlayıram. Yemək istədim, amma yemək üçün heç bir ərzaq almadığımı xatırladım. Çarpayıda oturub qorxu hiss keçirdim. Bir anlıq rahat valideyn evinə qayıtmaq istədim, amma bunun üçün qərar vermək hüququnu itirməli olduğumu başa düşdüm.

Yenidənqurma və işsizlik illərində qazanc

İkinci dəfə rahatlıq zonasını artıq öz təşəbbüsümlə tərk etdim – buna məni vəziyyət məcbur etdi. 90-cı illər var idi, mən professor idim və universitetdə dərs deyirdim. O günlərdə maaşdan- maaşa yaşayırdıq və ayda bir dəfə universitetin kassasına gedirdik, oradan pul alırdıq.

Evə qayıtdım. Əlbətdə, son vaxtlar ölkədə vəziyyətin qeyri-sabit olduğunu gördüm, amma bunun birbaşa mənə təsir edəcəyinə tam hazır deyildim. O vaxtlar artıq ərim və övladım var idi. Dar günə saxladığım qənaətlərimi saydım, onların uzun müddətə çatmayacaqlarını başa düşdüm və dəhşətə gəldim.

Çiyinlərimdə öhdəsindən uğurla gəldiyim çox çətinliklər var idi. Özümə söz verdim ki, bu dəfə də öhdəsindən gələcəyəm.

Beləcə öz işimi açdım, sahibkar oldum. Universitetdə yazdığı elmi işimi kommersiya düşüncəsinə çevirdim və xaricə gedən insanları ingilis dilində öyrətməyə başladı.

Bizim nəsil xatırlayır ki, yenidənqurma illəri çox çətin keçdi. İqtisadiyyat parçalanırdı, hətta təmizləyici olmaq və ya yük boşaltmaq istəyənlər də ailələrini qidalandırmaq üçün iş tapa bilmirdilər. Belə bir vaxtda tamamilə real olmayan pul qazanmağa başladım. "Ən tənbəl" ayda qazancım 15 min dollar oldu. Təsəvvür edin, o zaman bu pulla mənzil almaq mümkün idi.

Pul arxasınca qaçarkən xoşbəxtliyi itirmək

Bir neçə il sonra tamamilə fərqli bir insan olduğumu anladım. Pula, zəngin həyat tərzinə bağlı oldum və ondan asılı oldum.

Yadımdadır, bir gecə yenə pəncərənin qarşısında dayandım (o vaxt yaşım 30-dan yuxarı idi) və Bakı gecəsini seyr etdim. Əlbətdə ki, indi kirayədə kiçik bir otaqda deyildim, öz lüks mənzilimdə idim və pəncərəmdən açılan möhtəşəm mənzərə vardı. Lakin buna baxmayaraq, həmin gecə pəncərənin qarşısında dayanıb özümü çox bədbəxt hiss etdim. Xəyalından başqa heç nəyi olmayan, lakin ilhamlanmış və azad olan Sevadan, sanki heç bir iz qalmamışdı.

Puldan asılı olmamaq üçün çox ciddi bir addım atdım - işimi bağladım və tədris etməyi dayandırdım. Yenə başqalarının, xüsusən məni dünyanın ən məsuliyyətsiz qadını (gülür) adlandıran həyat yoldaşımın anlayışsızlığı ilə üzləşdim

"Özümü axtarmaqla" bağlı dəqiq planlarım yox idi. Ancaq bir sual ortaya qoyub kainata göndərdiyiniz zaman sizi 50% istədiyinizə yaxınlaşdırır. Beləliklə, uzun müddətdir HR meneceri vəzifəsinə işçi axtarılan Azercell şirkətində müsahibədə oldum.  Əvvəlcə HR sahəsi haqqında bir şey bilmədiyimi söyləyərək imtina etdim və sonra razılaşdım.

Azercell-in ilk baş direktoru qarşımda oturmuşdu və gələcək planları haqda danışırdı. Bundan sonra o, bu günü dəqiq təsvir edərək dedi ki, tezliklə telefonlar çoxfunksiyalı olacaq və onların köməyi ilə bütün işləri tamamilə yerinə yetirmək mümkün olacaq. Bundan əlavə, o, istedadlı azərbaycanlı gəncləri işlə təmin edəcəyini söylədi: "Rüşvət və tapşırıqlar olmayacaq, biz ən yaxşısını götürəcəyik və hər kəsin çiçəklənəcəyi bir peşəkar meydan yaradacağıq”. Mənim üçün əsas olan bu ifadədən sonra həvəs yarandı və bu şirkətin bir hissəsi olmaq istədim.

İki saatlıq müsahibəm bu işə başlamağımla başa çatdı. Beləliklə, mənim üçün tamamilə tanımadığım ikinci peşənin - HR menecerinin inkişafı başladı.

Başqa ölkəyə köçərək hər şeyə sıfırdan başlamaq

Günlərin bir günü qızım təhsilini Amerikada davam etdirməyə qərar verdi. Nəticədə orada yaxşı iş, sevgisi tapdı və orada qalmaq istədi. Ardınca Amerikaya köçməyi planlaşdıran oğlum böyüdü. Övladlarımı görmək üçün daim okeanın o biri tərəfinə keçmək və viza almaqda çətinlik çəkmək istəmirdim. Buna görə də onların ardınca getməyə qərar verdim. Üstəlik, o dövrdə artıq boşanmışdım və ailəm yalnız övladlarım idi.

O dövrdə Azercell-dəki karyeram ən zirvədə idi - mən şirkətin regional ofisində bütün Avrasiya boyu kadrlar üzrə direktor vəzifəsində çalışırdım. Və uşaqlarımın yanında yaşamağa başlamaq üçün yenidən rahatlıq zonasını tərk etdim. Beləliklə, işimi tərk etdim və öz sözümü demək üçün böyük rəqabətin olduğu xarici bir ölkəyə gəldim.

Bu, həyatımın ən böyük çətinliyi idi. Əvvəlcə Amerika aksentini tamamilə başa düşmürdüm, sonra tədricən uyğunlaşaraq çətinliklərin bununla bitmədiyini başa düşdüm.

Fasiləsiz iş axtarırdım, amma hər dəfə də imtina cavabı alırdım. Yalnız bir dəfə demək olar ki, şirkətdə regional HR-meneceri vəzifəsini alacaqdım, qəribə vəziyyət yarandı. Şirkət sahibi məni görmək istədi və harada olduğumu soruşdu və küçənin adını eşidəndə dedi: "Məşhur müdafiəçimiz orada yaşayır!" O anda gözlərim bərəldi və o, soruşdu: "Deyəsən kim haqqında danışdığımı başa düşmürsən?" "Xeyr" deyə, dürüstcə etiraf etdim və onun üzündəki ifadədən anladım ki, bu işi də itirdim (gülür).

O gün başa düşdüm ki, peşəmi bilməkdən əlavə, yerli sakinlərlə söhbət edərək bu ölkənin mədəniyyətinə və mentalitetinə inteqrasiya etməliyəm. Amerika televiziya şoularını, idman proqramlarını izləməyə başladım, beysbolun nə olduğunu başa düşməyə çalışdım və bir müddət sonra bu boşluğu doldurdum.

Həmçinin burada yaşayan bir neçə azərbaycanlını tapdım və onlardan Amerikada iş tapmağın yollarını soruşdum. Onlar mənə vaxt itirməməyi tövsiyə etdilər: "Yerli sakinlər adınızı belə deyə bilmirlər, ölkən haqqında heç nə bilmirlər. Amerikada təcrübəniz yoxdur. Sizi yaxşı vəzifəyə kim aparacaq? Satış sahəsinə girməyiniz daha yaxşı olar, zəngin yaşlı qadınlara krem satacaqsınız" O an öz-özümə düşündüm: “Siz məni dəyərləndirmirsiniz. Bu kremi alacaq zəngin qadın özüm olacağam" dedim.

Və axtarışlarım davam etdirdi. Həmçinin psixoloji üsuldan istifadə edirdim. Hər səhər saat 7-də oyanırdım, kostyum geyinirdim, saçlarımı səliqəyə salaraq və beynimə işə gedəcəyimə inanırdım. Şəhər mərkəzinə qədər gedirdim, pik saatlarda nəqliyyatda dayanırdım, daha sonra evə qayıdırdım. Uşaqlar mənim harada olduğumu soruşduqda, işə getdiyimi söyləyirdim. Biri ilə tanış olduqdan hər zaman özümü HR direktoru kimi təqdim edirdim. Bu mövzuda başqalarını və özümü inandıraraq istədiyimi cəlb etdim və 16 ölkə üçün HR direktoru olaraq böyük şirkətə işə düzəldim.

Bu müsbət məqamda, mühacirətlə bağlı çətinliklərim sona çatdı. Amerikada da əsl sevgimlə tanış oldum – sonra həmin adamla evləndim (gülümsəyir).

Rahatlıq zonanızdan kənarda həyat necədir?

Bu yaxınlarda SOCAR AQŞ-nin dəvəti ilə Bakıya qayıtdım və orada müştərilər üzrə baş direktor vəzifəsini aldım. Ancaq bu məsələnin kommersiya tərəfi mənim üçün vacib deyildi, sadəcə Vətənimə olan borcumu qaytarmaq və zəngin peşə təcrübəmi onlara ötürməklə yerli heyətə faydalı olmaq istədim. Bununla yanaşı, Azərbaycanın daim "neft" ölkəsi olduğunu nəzərə alsaq, ölkə iqtisadiyyatında çox böyük payı olan bir şirkətlə əməkdaşlığa başlamağımdan çox məmnunam.

İlk HR-meetingə gələndə gözlənilmədən peşəkar inkişaflarında mühüm rol oynadığım bir çox insanla tanış oldum. On ildən artıq bir-birimizi görmürdük. Onlar demək olar ki, tələbələrim idi. Və onların nə qədər yüksəldiklərini gördükdə gözlərim yaşardı. Tanrıma işimin nəticəsini görmək imkanı verdiyi üçün qürur və minnətdarlıq hissi keçirdim. Hər kəsə bu bu fürsət verilmir.

Geriyə dönüb suala cavab vermək istəyirəm: Bu, necədir - rahatlıq zonasından kənardakı həyat? Əlbətdə ki, bir çox çətinliklə üzləşirsən, lakin mütləq buna dəyər.

Əgər fizika fakültəsindən ayrılmasaydım, heç vaxt işimdən bu qədər zövq almaq hissini yaşamazdım. Valideynlərimin tapdığı oğlanla evlənsəydim, bütün həyatımı yad bir insanın yanında keçirərdim. Qərarlar qəbul etmək üçün məsuliyyət daşımasaydım, həyata keçirdiyim ən maraqlı layihələr olmasaydı, dünyanın 68 ölkəsinə səfərlər olmazdı və nəhayət, həyatın məni mükafatlandırdığı bu böyük sevgi olmazdı. Uçmaq əvəzinə həyatda sürünərdim.

Rahatlıq zonasında yaşamaq gecikmiş narahatlıqdır. Bu dəyişikliklər çox uzun müddət təxirə salınarsa bəzən ömürlük narahatlığa səbəb olur. Buna görə, zaman-zaman hər kəs rahatlıq zonasını tərk etməlidir. Əks təqdirdə, bu sizdən kənar şərtlərlə həyata keçiriləcək və siz heç bir  təcrübəyə sahib olmayaraq, sadəcə onlara uyğunlaşa bilməyəcəksiniz.

Cəsarətli olun, yeniliklərə doğru gedin və öz həyatınızı yaşayın!

Tərcümə: S.Xankişiyeva

Paylaş:
3059

Sizin üçün xəbərlər

Son xəbərlər

Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13
Bütün xəbərlər