Avtomobilər, siqaret və lüks mallar üçün - GÖMRÜK RÜSUMLARI ARTIRILACAQ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avtomobilər, siqaret və lüks mallar üçün - GÖMRÜK RÜSUMLARI ARTIRILACAQ

09:34 - 03 / 06 / 2020
Avtomobilər, siqaret və lüks mallar üçün - GÖMRÜK RÜSUMLARI ARTIRILACAQ

Azərbaycana xaricdən gətirilən bahalı avtomobilər və lüks əşyalar üçün gömrük rüsumları artırılacaq.

1news.az xəbər verir ki, bu barədə FED.az-a maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bununla bağlı təkliflər artıq hazırdır və layihə hökumətdə müzakirə olunur. 

"Bunlar əsasən lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onların daha yüsək aksizlər və vergilər nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun" - deyə nazir bildirb. 

1news.az

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər